r

Şou zamanı bədbəxt hadisə: Rəqqas öldü – VİDEO

“Cirque Du Soleil” adlı rəqs qrupunun göstərdiyi şou bədbəxt hadisə ilə yarımçıq qalıb.

Oxu.Az xəbər verir ki, Floridada – Tampada rəqs nümayişi zamanı hündürlükdən yıxılan rəqqas həyatını itirib.

Qrupun “VOLTA” performansı zamanı bir rəqqas metrlərlə hündürlükdən yıxılaraq ağır xəsarət alıb və vəfat edib.

Hadisə izləyicilədən biri tərəfindən lentə alınıb.

Proqram təxirə salınıb.

38 yaşlı Yann Arnaud adlı rəqqasın 15 illik rəqs karyerası olub və kifayət qədər tanınıb. O, iki uşaq atası idi.